Azərbaycanlı futbolçu "Arsenal"a keçdi

21:37 | 21.06.2021
Azərbaycanlı futbolçu

Azərbaycanlı futbolçu "Arsenal"a keçdi

Rusiyanın "Spartak" klubundan ayrılan Ayaz Quliyevin yeni komandası müəyyənləşib.

Anews.az  "Report"a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yerli "Arsenal"a keçib. Məlumatı Tula təmsilçisinin rəsmi saytı yayıb.
Tərəflər arasında imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Ayaz Quliyev bu komanda ilə yanaşı, "Rostov"un da formasını geyinib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM