Azərbaycanlı futbolçu azarkeşlərdən üzr istədi

20:20 | 20.08.2017
Azərbaycanlı futbolçu azarkeşlərdən üzr istədi

Azərbaycanlı futbolçu azarkeşlərdən üzr istədi

Moskvanın "Spartak” futbol klubunun yarımmüdafiəçisi, azərbaycanlı Aleksandr Səmədov dünən Rusiya premyer-liqası çərçivəsində "Lokomotiv”ə qarşı oyunda qırmızı vərəqə aldığı üçün azarkeşlərdən üzr istəyib.

Virtualaz.org xəbər verir ki, özünün "İnstagram” səhifəsində Səmədov yazıb: "Dünən oyun vaxtı baş vermiş vəziyyətə görə bir daha üzr istəyirəm. Qırmızı vərəqə aldım. Mənə inamınıza görə minnətdaram. Mənə olan ümidləri və inamı doğruldacağam”.

Maraqlıdır ki, "Spartak”ın sıralarına keçənə qədər Aleksandr Səmədov "Lokomotiv”in aparıcı oyunçusu olub. Dünənki matça gəlincə, "Lokomotiv” 4:3 hesabı ilə qalib gəlib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM