Azərbaycanlı gənc Ottavada “One Young World” sammitində iştirak etdi - FOTOLAR

16:37 | 18.10.2016
Azərbaycanlı gənc Ottavada “One Young World” sammitində iştirak etdi - FOTOLAR

Azərbaycanlı gənc Ottavada “One Young World” sammitində iştirak etdi - FOTOLAR

Kanadanın paytaxtı Ottavada 7-ci Beynəlxalq "One Young World” sammiti keçirilib. 

"Report”un xəbərinə görə, Kanada parlamentində keçirilən sammitdə gender bərabərliyi, terrorla mübarizədə çıxış yollarının axtarışı, dünyada təhsilin inkişafı, ətraf mühitin qorunması və s. kimi qlobal mövzulara toxunulub.

196 ölkədən olan 1 300 gənc lideri bir araya gətirən sammitin builki qonaqları Kanadanın baş naziri Castin Tryudo, BMT-inin keçmiş baş katibi Kofi Annan, ser Bob Geldof, Nobel sülh mukafatı laureatı Muhammad Yunus, BMT-nin xoşməramlı səfiri Emma Uotson, oskar mükafatçısı Djon Landau, İrlandiyanın keçmiş prezidenti Meri Robinson olublar.

Bu il sammitdə Azərbaycanı təmsil edən və ilk olaraq iştirak təqaüdünə layiq görülən deleqat HUMAN Fondunun (HUMAN Foundation ) təsisçisi olan gənc lider Fəridə Əsgərzadə olub. 

O qeyd edib ki, bu cür qlobal sammitdə iştirak etmək Azərbaycan gənclərinin inkişafını nümayiş etdirmək üçün böyük imkandır: "Ümid edirəm ki, orada görkəmli və təcrübəli insanlarla yaratdığım tanışlıqlar və aldığım təcrübə HUMAN Fondunun gələcək fəaliyyətində nəinki ölkədaxili, həmçinin beynəlxalq səviyyədə böyük rol oynayacaq. Biz dünyanı yalnız birlikdə dəyişə bilərik”.

Qeyd edək ki, "One Young World” təşkilatı 2009-cu ildə David Jones və Keyt Robertson tərəfindən yaradılıb. Öncəki illərdə sammit London (2010), Sürix (2011), Vaşinqton (2012), Yoxansburq (2013), Dublin (2014), və Bangkok (2015) kimi şəhərlərdə keçirilib.
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM