Azərbaycanlı hakim Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsi oyununa təyinat alıb.
FIFA referisi Şotlandiya - Fransa görüşündə ədaləti qoruyacaq.
Mayın 17-də baş tutacaq qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !