Azərbaycanlı FİFA referisi Yusif Nurullayevin avqustun 21-dən 23-dək Moldovanın paytaxtı Kişinyovda qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatları müəyyənləşib.
AzVision.az-ın məlumatına görə, "C” qrupunda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmaları da var. Referimiz avqustun 21-də Moldova - Ermənistan, avqustun 22-də isə Ermənistan - Belarus matçında hakimlik edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !