Azərbaycanlı idmançı finalda uduzdu

15:43 | 04.08.2021
Tokio-2020-də yunan-Roma güləşində 67 kq çəki dərəcəsində kişilərin mübarizəsinə yekun vurulub.

Azərbaycan əsilli Ukrayna təmsilçisi Pərviz Nəsibov finalda Məhəmməd Reza Qerayi (İran) ilə qarşılaşıb. Görüş vaxtından əvvəl başa çatıb. Məhəmməd Reza Qerayi texniki üstünlüklə qələbə qazanaraq (9:1) Olimpiya Çempionu olub. Pərviz gümüş medalla kifayətlənib.

Nəsibov 1/4 finalda Artyom Surkovu (ROK), yarımfinalda isə Məhəmməd İbrahim Əl-Sayedi (Misiri) məğlub edərək həlledici görüşə vəsiqə qazanmışdı.
Pərvizin 6 yaşı olarkən ailəsi Ukraynaya köçüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM