Azərbaycanlı məktəbli İKT sahəsində beynəlxalq mükafat qazandı

13:40 | 11.06.2015
Azərbaycanlı məktəbli İKT sahəsində beynəlxalq mükafat qazandı

Azərbaycanlı məktəbli İKT sahəsində beynəlxalq mükafat qazandı

Bakı Avropa Liseyinin VI sinif şagirdi Hüseyn Hacıyev informasiya texnologiyaları sahəsində uğurlarına görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının «Məktəbli uşaqların mükafatlandırılması» proqramı çərçivəsində mükafata layiq görülüb.

Təhsil Nazirliyinin verdiyi məlumata görə, onun bu günə qədər İKT sahəsində bir çox uğurları olub.

Hüseyn 2013-cü ildə «Microsoft Azerbaijan» şirkətinin təşkil etdiyi müsahibədən uğurla keçib. 

Məktəbli «BakuTel-2013» 19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində «Ən gənc və fəal Windows eksperti» sertifikatına layiq görülüb.

O, Bakı Avropa Liseyinin «ICT Masters Organization» təşkilatının «Advanced Master» səviyyəsini qazanmağa nail olub.

Təhsil Nazirliyindən qeyd edilib ki, Hüseyn həm də2014-cü ildə Bakı Avropa Liseyinin 5 ölkənin iştirakı ilə keçirdiyi UNESCO-nun LFF layihəsi çərçivəsində «Digital Learning Weeks in Baku European Lyceum» adlı vebinarda iştirak üçün sertifikat alıb. Eləcə də UNESCO-nun «Globallab» layihəsində fəal iştirak edərək bir neçə layihə üzrə qalib olub.

Hüseyn «Qunduz 2014» Məktəblilər üçün İnformatika və Kompüter Bilikləri üzrə Beynəlxalq Müsabiqədə yüksək nəticə göstərib və diplomla təltif edilib.
 
Məktəbli liseydə şagirdlərin bal sistemi iləqiymətləndirilməsi üçün proqram da hazırlayıb.

Hüseyn Hacıyev eyni zamanda «Təhsildə proqramlaşdırmanın rolu» mövzusunda elmi layihə üzərində işləyir. 
 
Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatı azərbaycanlı məktəbliyə bu ilin avqustunda təqdim olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti