"Qafqazinfo”nun verdiyi xəbərə görə, partiya üzvü Laləzar Məmmədlinin oğlu İlham dünən Bakıda dostları ilə dənizə gedib.
Dənizdə çimərkən həmin gənc dostu ilə çıxılmaz vəziyyətə düşüb. Dost çətinliklə də olsa dənizdən çıxa bilib və hazırda xəstəxanadadır. Təxminən 30 yaşlarında olan İlhamdan isə hələ də xəbər yoxdur.
***
"Müsavat”çı Mustafa Hacıbəylinin sosial şəbəkədə yaydığı məlumata görə, dənizdə çıxılmaz vəziyyətə düşən gənclər iki qardaş olublar:
"Bağdan dənizə gediblər, hər ikisi boğulub. Bir qardaşı çıxarıblar, indi xəstəxanadadır. Böyük qardaş İlhamı isə tapmaq mümkün olmayıb. Dalğıclara müraciət edilib. Amma hava küləkli olduğu üçun hələ axtarışa başlamayıblar”.
Mayda 32 yaşı tamam olmuş İlham evlidir, 2 uşağı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !