ABŞ Maliyyə Nazirliyi Konqresə təqdim etdiyi "Kreml hesabatı” sanksiyalar paketinə 210 nəfərin adını daxil edib.
Axar.az xəbər verir ki, hesabatda adları yer alan şəxslərdən 114-ü Rusiyanın yüksək vəzifəli şəxsləri və dövlət şirkətlərinin rəhbərləri, 96 nəfəri isə oliqarxdır.
Siyahıda yer alanlar sırasında Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, onun müavini Aleksey Qromov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko, Dumanın spikeri Vyaçeslav Volodin, "Rosneft”in rəhbəri İqor Seçin, "Qazprom”un rəhbəri Aleksey Miller, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və s. adı var.
Oliqarxlar siyahısında isə Əlişir Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, Yevgeni Kasperski, Oleq Deripaska, German Qref, Vladimir Kostin yer alıb.
***
"Kreml hesabatı”na Rusiya Nazirlər Kabinetinin əksər üzvləri daxil edilib.
Siyahıda Nazirlər Kabinetindən 30 nəfərin adı yer alıb. Bunlardan bir neçəsini təqdim edirik:
1. Dmitri Medvedyev – Baş nazir;
2. İqov Şuvalov – Baş nazirin müavini;
3. Sergey Prixodko – Baş nazirin müavini;
4. Aleksandr Xlopin – Baş nazirin müavini;
5. Vitali Mutko – Baş nazirin müavini;
6. Arkadi Dvorkoviç – Baş nazirin müavini;
7. Olqar Qolodets – Baş nazirin müavini;
8. Dmitri Kozak – Baş nazirin müavini;
9. Dmitri Roqozin – Baş nazirin müavini;
10. Sergey Şoyqu – Müdafiə naziri;
11. Maksim Oreşkin – İqtisadi İnkişaf naziri;
12. Vladimir Medinski - Mədəniyyət naziri;
13. Nikolay Nikiforov – Rabitə naziri;
14. Aleksandr Tkaçev – Kənd Təsərüffatı naziri;
15. Aleksandr Novak - Energetika naziri;
16. Anton Siluanov – Maliyyə naziri;
17. Sergey Lavrov – Xarici işlər naziri;
18. Vladimir Kolokotsev – Daxili işlər naziri.
Siyahıda həmçinin Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev, Baş Qərargah rəisi Valeri Gerasimov, Prezidentin Ətraf Mühitin Qorunması, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Korobov, Moskva meri Sergey Sobyanin, Baş prokuror Yuri Çayka, Rusiya Dəmiryollarının rəhbəri Oleq Belozerov, "Rostex”in rəhbəri Sergey Çemezov, "Rosatom”un rəhbəri Aleksey Lixaçev, "Transneft”in rəhbəri Nikolay Tokarev, "Qazprombank”ın rəhbəri Andrey Akimov, "Aeroflot”un rəhbəri Vitali Savelyev, "Başneft”in rəhbəri Andrey Şişkin, "Tatneft”in rəhbəri Nail Maqanov yer alıblar.
Oliqarxların siyahısında azərbaycanlı milyarderlərə də yer verilib. Bunlar sırasında Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanov, Zarax İliyev və Vahid Ələkbərovun adı var.
Siyahıya həmçinin Ələkbərovun ortağı olan Leonid Fedun da düşüb. ABŞ burada Rusiya ermənilərinin ən varlı iş adamı olan Samvel Karapetyanı da unutmayıb. Siyahıya Tatarıstanın keçmiş prezidenti Mintamir Şaymiyevin oğulları Ayrat və Radik, Putinin dostları Arkadi və Boris Rottenberqlər, Gennadi Timçenkonun da adları daxil edilib.
Qeyd edək ki, bu siyahıda yer alan şəxslərin heç birinə sanksiyalar tətbiq edilməyəcək. Ekspertlər sadəcə olaraq bu hesabatla ABŞ rəhbərliyinin CAATSA qanununun öhdəliklərini icra etdiyini bildiriblər. Onların fikrincə, siyahıdakı şəxsləri heç bir məhdudiyyət gözləmir, amma bu siyahı onlara gələcəkdə müxtəlif bölgələrdə müxtəlif əngəllərin yaradılmasına, onlara qarşı xüsusi diqqət göstərilməsinə səbəb ola bilər. Bir sözlə, bu şəxslər daima "arzuolunmazlar” siyahısında yer alacaqlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !