ABŞ-da həbsdə olan azərbaycanlı milyonçu, Rza Zərrabın həyat yoldaşı onun hədiyyəsi olan malikanələri boşaltdı. İstiPress-in məlumatına görə, Ebru gündəş ərinin ona hədiyyəsi olan Kanlıcadakı qalmaqallı yalılarından köçüb.
Bir neçə gün sonra ərinin məhkəmə qarşısına çıxacağını öyrənən müğənni ötən həftəyə kimi boğaz mənzərəli bu möhtəşəm villada yaşayıb. Hətta qızı Alaranı belə hər səhər məhz buradan məktəbə yola salıb.
Lakin o təhlükəsizlik məqsədi ilə mühafizəsi daha güclü başqa bir evinə getməyə qərar verib. Ötən gün villadakı əşyalar toplanıb və pərdələri bağlanılaraq tərk edilib.
Xatırladaq ki, E.Gündəş dekabrın 4-də məhkləməsi olacaq iş adamından boşanmağa qərar verib. ZƏrrab və gündəş cütlüyünün Alara adlı 5 yaşlı qızları var. R.Zərrab iki il öncə ailəsi ilə ABŞ-a səyahət edərkən həbs edilmişdi. O zaman onun yanında olan E.Gündəş qızı ilə hava limanından bir başa geri - Türkiyəyə qayıdıb.
Həbs xəbərindən sonra müğənni uzun müddət efirlərə çıxmayıb, tədbirlərə qatılmayıb. Bir neçə ay öncə də cütlüyün boşanması barədə məlumatlar yayılmışdı. Lakin sonradan ifaçı bu qərarından daşınmışdı.
Əslən Cənubi Azərbaycandan olan R.Zərrab iki il öncə çirkli pulların yuyulması, İrana qarşı sanksiyaları pozmaq, bank sənədlərini saxtalaşdırmaq ittihamları ilə istirahət üçün getdiyi ABŞ-da həbs edilmişdi. Bir necə gün öncə onun azad edildiyi barədə xəbərlər yayılsa da, ABŞ tərəfi bunu təkzib edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !