Azərbaycanlı təyyarədə özünü öldürmək istədi

14:32 | 26.05.2015
Azərbaycanlı təyyarədə özünü öldürmək istədi

Azərbaycanlı təyyarədə özünü öldürmək istədi

"Mən daha belə yaşamaq istəmirəm”.

Peterburqun hüquq-mühafizə orqanları təyyarə göyərtəsində sui-qəsdə cəhd faktı üzrə araşdırma aparırlar. 

Oxu.Az "Fontanka”ya istinadla xəbər verir ki, mayın 25-də saat 23:00-da kişi sərnişin Pulkovo hava limanına enməyə az qalmış ayaq yolunda qapanıb və qışqırıb: "Mən daha belə yaşamaq istəmirəm”. Daha sonra o damarlarını kəsməyə başlayıb. 

Nəqliyyat polisinin mətbuat xidməti təsdiqləyib ki, Moskvadan gələn reysdə sui-qəsdə cəhd olub. 

62 yaşlı azərbaycanlı təyyarənin ayaq yolunda qapanıb və damarlarını kəsib. Göyərtə bələdçisi bunu görüb və fövqəladə xidmətin əməkdaşlarını çağırıb. Kişini xilas etmək mümkün olub və o, təcili yardıma təhvil verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM