Tavuşda yaşayan erməniəsilli vətəndaşlara iyunun 24-nə kimi ərazini tərk etmələri tapşırılıb. Bu barədə "Hraparak" nəşri Ermənistan hökumətinə istinadən yazıb.
Bildirilir ki, Tavuşu tərk edən vətəndaşlara hökumət tərəfindən kompensasiya ödəniləcək.

Nəşr vurğulayır ki, iyunun sonuna kimi azərbaycanlılar həmin əraziyə köçürüləcək.
Azərbaycanlıların həmin əraziyə yerləşdirilməsi ilə bağlı rəsmi Bakı heç bir açıqlama yaymayıb.
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əlaqədar olaraq Kırants kəndində qeydiyyatda olmayan vətəndaşların kəndə girişi müvəqqəti məhdudlaşdırılıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib ki, Azərbaycanla Ermənistan arasında Tavuş kəndində başlanan delimitasiya prosesinin 90%-i icra olunub.
Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi heç bir ölkənin müdaxiləsi olmadan iki ölkə arasında razılaşdırma əsasında aparılır.
Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.
Aytac Zeynalova

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !