Anews.az xəbər verir ki, bu barədə məlumatı Femida.az saytına Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev bildirib.
Diaspor rəhbəri vurğulayıb ki, oteli Azərbaycan əsilli bir iş adamı tikdirib:
"O iş adamı vaxtilə Azərbaycanda çalışıb. Bu gün isə Azərbaycandan qazandığı pulların hesabına Karsda özünə otel tikdirib. Həmin oteldə Ermənistan bayrağının asılması isə xalqımıza qarşı hörmətsizlikdir. İşin ən pis tərəfi isə odur ki, sözügedən iş adamı tez-tez Azərbaycana gəlir. Hesab edirəm ki, onun Azərbaycana girişinə qadağa qoymaq lazımdır. Araşdırmaq lazımdır ki, otel rəhbərliyinin Ermənistan sevgisinin arxasında hansı amillər dayanır”.
Qeyd edək ki, "5 ulduzlu” lüks "Grand Ani” hotelinin açılışı 2009-cu ildə baş tutub. Açılış mərasiminə Azərbaycandan da bir sıra tanınmış simalar qatılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !