Azərbaycanlılar Britaniyada Tehrana qarşı aksiya keçirdi

01:26 | 27.05.2014
Azərbaycanlılar Britaniyada Tehrana qarşı aksiya keçirdi

Azərbaycanlılar Britaniyada Tehrana qarşı aksiya keçirdi

Mayın 25-də Londonda  Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığı ilə İran hakimiyyətinə qarşı aksiya keçirilib.

 

Bu barədə APA-ya GAİP-in Brtiyaniya üzrə təmsilçisi, Londonda yaşayan soydaşımız Araz Yurdsevən məlumat verib.

 

O, bildirib ki, piket 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin 8-ci ildönümü münasibətilə düzənlənib: “Ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar yerli vaxtla saat 14:00-da əllərində bayraqlar və plakatlarla  Britaniya Baş Nazirliyinin binasını qarşısına toplaşıblar. İki saat davam edən piketdə İran hakimiyyətinə qarşı Azərbaycan və ingilis dillərində müxtəlif şüarlar səsləndirdik. İranda həbsdə olan azərbaycanlı fəalların və jurnalistlərin fotolarını da nümayiş etdirməklə onların azadlığa buraxılmasını, orada öz tarixi torpaqlrında yaşayan azərbaycanlıların pozulan hüquqlarının təmin olunmasını,  Urmiya gölünün qurumasının qarşısını almaq üçün İran hakimiyətinin əməli addımlar atmasını tələb etdik”.

 

A.Yurdsevən əlavə edib ki, insidentsiz keçən piketin sonunda ingilis dilində bəyanat oxunub.

 

Qeyd edək ki, 2006-cı il mayında “İran” adlı rəsmi qəzetdə azərbaycanlıların hamam böcəyinə bənzədilməsi kütləvi etirazlara səbəb olmuşdu. İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Sulduz və başqa şəhərlərində keçirilən aksiyaları yatırmaq üçün müxtəlif vasitələrdən, hətta odlu silahdan istifadə etməkdən belə çəkinməmişdi.

 

Nəticədə onlarla nümayişçi həlak olmuş, minlərlə insan həbs edilmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti