Azərbaycanlılar İsraildə necə yaşayırlar? - MÜSAHİBƏ

23:55 | 21.11.2014
Azərbaycanlılar İsraildə necə yaşayırlar? - MÜSAHİBƏ

Azərbaycanlılar İsraildə necə yaşayırlar? - MÜSAHİBƏ

İsraildə böyük Azərbaycan diasporası yaşayır. Azərbaycanda doğulub boya-başa çatmış, müxtəlif millətlərdən olan israillilər, hamısı bir nəfər kimi, öz ilk Vətənlərini sevirlər və onunla əlaqələrini kəsmirlər. "Bizimkilərin" İsraildə liderlərindən biri – Yeganə Salman ANN.Az-ın suallarını cavablandırdı.- Əvvəlcə özünüz barədə danışardınız.- Adamın özü haqqında danışması çox çətindir. Ya gərək heç danışmayasan, ya da gərək bütün həyat hekayəni vərəqləyəsən, uzaq uşaqlıq illərindən, İçəri Şəhərin dar küçələrindən indiki günlərə qədər böyük yol keçilmişdir.Gəncliyimi ehtiramla yada salıram və məmnuniyyətlə şirin xatirələrə dalıram, ötüb-keçən günlərin xatirələri bəzən adamı kədərləndirir, amma heç olmasa düşüncələrdə bir anlıq da olsa o günlərə qayıtmaq mümkün olduğundan, daha çox sevinc hissləri oyanır.Mənim uşaqlıq illərim İçəri Şəhərdə keçib. Qala mənim üçün yalnız coğrafiya deyil, tarixdir və xüsusi arxitekturadır. Qalada xüsusi insanlar məskunlaşmışdılar. Əgər həyat tərzini, ünsiyyət tərzini, münasibətlərin yazılmamış qanunlarını, yalnız "qalalılara" aydın olan incə tipik yumoru, hətta öz daxili qayda-qanunlarını da xatırlasaq, onda demək olar ki, Bakının bu hissəsində həyat yüzilliklərlə oturuşmuş qaydada davam edirdi. Bütün bunlar mənə aydın və təbii görünürdü. Amma indi, üstündən uzun illər ötdükdən sonra, mən anlayıram ki, bu hadisə fövqəlmilli idi, qalada yaşamış başqa millətlər də İçərişəhərin qanunları ilə yaşayırdılar. Yeri gəlmişkən, bu insanlar hətta başqa yerə köçdükdə və ya mühacirət etdikdə belə, yenə də "qalalılar" olaraq qalırlar.- Mümkünsə, bizim məktəblərlə İsrail məktəblərini müqayisə edərdiniz.- İsraildə dərslərin boş keçməsi bu qədər yayılmayıb. İsraildə uşaqlar məktəbdən çəkinmirlər və hətta xəstələnəndə də dərsləri buraxmırlar, çünki onlar məktəbdə öz dostlarının arasında olurlar, özlərini azad hiss edirlər, bilirlər ki, yoxlamadan hansı qiyməti almalarını heç kəs bilməyəcək və heç kəs onları istəklərinin ziddinə olaraq, lövhə qarşısında cavab verməyə məcbur etməyəcək və müəllimlərdən heç biri səni bütün şagirdlərin arasında ifşa etməyəcək.- Həmişə ərəblərlə müharibə edən ölkədə yaşamaq çətin deyilmi?- Ərəblərlə müharibə mənim toxunmaq istəmədiyim mövzulardan biridir, çünki hesab edirəm ki, bu, xalqların arasında nifaq salmaqla varlanan beynəlxalq terror klanlarının maraqlarına xidmət edir. Ən maraqlısı isə odur ki, İsrail vətəndaşlarının üçdə biri ərəblərdir, onlar yüksək həyat səviyyəsinə malikdirlər və demokratik proqressiv cəmiyyətin bütün faydalarından yararlanırlar. Amma ortaya qarışıqlıq düşən kimi, onlar dərhal fələstinliləri müdafiə etməyə başlayırlar, ancaq unudurlar ki, onları bütün hüquqlarla və yüksək yaşayış səviyyəsi ilə təmin edən məhz İsraildir. Əlbəttə, daimi gərginlik vəziyyətində yaşamaq çətindir, amma insan hər cür vəziyyətə alışır. Sabah yenidən müharibənin alovlana biləcəyi hissi ilə yaşamaq əlbəttə çətindir, amma insan həqiqətən hər şeyə alışırmış və belə qeyri-sabit vəziyyət dünyanı və hər anın dəyərini qiymətləndirməyi öyrədir. Və Siz bilirsinizmi, mən yəqin ki, artıq ölkəmi dəyişmək istəməzdim, çünki belə vəziyyətdə, insan ya ölkəsini sevməlidir, ya da hər şeyi tullayıb buradan biryolluq getməlidir. Biz, gördüyünüz kimi, birincini seçdik.Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür