Azərbaycanlılar Moskvada kütləvi şəkildə elit evlər alır

13:10 | 14.01.2015
Azərbaycanlılar Moskvada kütləvi şəkildə elit evlər alır

Azərbaycanlılar Moskvada kütləvi şəkildə elit evlər alır

Rublun məzənnəsinin kəskin azalması ilə əlaqədar Moskvada daşınmaz əmlakın dollar qiymətinin aşağı düşməsı Moskvada mənzillərə xarici alıcıların tələbatının nəzərəçarpacaq dərəcədə artımına səbəb olmayıb. Lakin MDB ölkələrinin vətəndaşlarının Rusiya paytaxtında elit evlərə marağı artmağa başlayıb.  

Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə rieltor şirkətləri bildirib.

"Əgər uzaq xaricdən olan alıcıların tələbatı sıfra enibsə, yaxın xaricdən olanlar isə əksinə hazırda elit yaşayış yerləri bazarında fəal oyunçulardır. Söhbət Qazaxıstan, Azərbaycan və digər ölkələrin nümayəndələrindən gedir”,- rieltor şirkətlərdən birinin eksperti deyib.

MDB ölkələrindən olan əksər alıcılar Moskvada elit evləri uzunmüddətli yaşayış üçün alırlar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür