Azərbaycanlılar üçün Şengen vizası rüsumu azaldılacaq - Rəsmi açıqlama

13:37 | 29.11.2013
Azərbaycanlılar üçün Şengen vizası rüsumu azaldılacaq - Rəsmi açıqlama

Azərbaycanlılar üçün Şengen vizası rüsumu azaldılacaq - Rəsmi açıqlama

"Avropa İttifaqı (Aİ) Azərbaycan vətəndaşları üçün Şengen vizası üzrə rüsumlarının məbləğini 60 avrodan 35 avroyadək azaldacaq. Bu, cümə günü Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycanla Aİ arasında imzalanmış viza rejiminin sadələşdirilməsi barədə sazişdə nəzərdə tutulur". Bu barədə Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.M.Məmmədquliyev deyib ki, bundan başqa, Azərbaycan vətəndaşlarının ayrı-ayrı kateqoriyaları üçün rüsum tələb olunmayacaq: "Bu, Aİ ölkələrinə təhsil, müalicə xətti ilə, yaxud öz qohumlarının yanına gedənlərə şamil ediləcək. Saziş, həmçinin diplomatik pasport sahibləri üçün vizasız rejimin tətbiqini nəzərdə tutur".Onun sözlərinə görə, müqavilə sayəsində viza alınması üçün təqdim edilməsi tələb olunan sənədlərin sayı azalacaq, vizaların verilməsi üçün konkret zaman çərçivəsi müəyyən ediləcək.Nazir müavini bildirib ki, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir. Lakin bu dəyişikliklər çox güman ki, 2014-cü ilin yayında və ya payızın əvvəllərində qüvvəyə minəcək: "Müqavilənin qüvvəyə minməsi üçün readmissiyalar haqqında sazişin imzalanması vacibdir ki, bu da gələn ilin ilk aylarında, yəni fevralda, ən uzağı martda planlaşdırılır. Bundan sonra Milli Məclisdə və Avropa Parlamentində paraflanma proseduru başlayacaq. Daha sonra hər iki sənəd eyni vaxtda qüvvəyə minəcək".Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır.Bu gün Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti