Azərbaycanlılar qazandıqlarının çoxunu yeyib-içməyə xərcləyir

10:29 | 03.03.2015
Azərbaycanlılar qazandıqlarının çoxunu yeyib-içməyə xərcləyir

Azərbaycanlılar qazandıqlarının çoxunu yeyib-içməyə xərcləyir

MDB ölkələrinin sakinləri arasında yeyib-içməyə ən çox Azərbaycan vətəndaşları pul xərcləyir. Yeyib-içməyə xərclənən vəsait ailə büdcəsinin yarıdan çoxunu təşkil edir. 

Oxu.Az "MİR 24”ə istinadən xəbər verir ki, bu cür proqnozu "VTB-kapital”ın analitikləri verib. 

Proqnoza əsasən, bu il rusların da ailə büdcəsinin yarıdan çoxu qida məhsullarına xərclənəcək. Hələ ki, bu xərclər 40% təşkil edir. 

MDB ölkələri arasında Gürcüstan sakinləri də ailə büdcəsinin böyük hissəsini qida məhsullarına xərcləyir. Məsələn, Qazaxıstanda qida məhsullarına xərclənən vəsait gəlirlərin təxminən 42%-ni təşkil edir. Moldovada isə bu göstərici 43%-dir. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM