“Azərbaycanlılara qadağa qoyub” deyilən bar sahibindən açıqlama

12:00 | 02.03.2015
“Azərbaycanlılara qadağa qoyub” deyilən bar sahibindən açıqlama

“Azərbaycanlılara qadağa qoyub” deyilən bar sahibindən açıqlama

Bakıda azərbaycanlıların girişinə qadağa qoyulduğu deyilən "Refresh” Pub-ın sahibi danışıb.

Mirzə Feyzullayev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, məkanda baş verən bir neçə olaydan sonra hər kəs diqqətlə yoxlanıldıqdan sonra buraxılır: "Belə bir şey ola bilməz. Mən o yerin sahibiyəm. Sadəcə bir dəfə belə bir hadisə oldu, bir qrup adam gəldi, amma özünü apara bilmədilər. Mən də tapşırdım, həmin adamları çölə çıxardılar. Ondan sonra gedib bu məlumatı yayıblar, hər yerdə ağızlarına gələni yazırlar. Mən də indi onlara qoşulub ağzıma gələni yazım?! Olmaz axı. Siz zəng edib soruşursuz, amma başqaları heç maraqlanmadan, bilmədən ağzına gələni yazır. Baxırıq adama, özünü apara biləni buraxırıq. Mənim millətimdi, azərbaycanlıdır.

Bir dəfə baş qarışıq oldu, xaricinin birinin pulqabısı, telefonu itdi. Polis gəldi, kameradan baxdıq, gördük bu götürüb. Polis axtardı onun cibindən çıxdı. Bir-iki dənə şillələndi. Amma ondan sonra mənim məkanıma heç kim gəlmir. Mən müflis olmalıyam?! Bu hadisədən sonra hamını seçib buraxırıq, azərbaycanlını da, xarcini də. Mənim özünü apara bilən çoxlu azərbaycanlı müştərilərim var. Mənim idmançı dostlarım hamısı orada olur. Fotosu yayılan məkan indi bağlanıb, sökülür. Biz yeni yerə köçmüşük. Yeni barda da özünü apara bilən hər kəs buraxılır, apara bilməyənlər buraxılmır. Xarici də özünü apara bilməyəndə buraxılmır, problem yaratdıqda çölə çıxarılır. Özünüz də görmək üçün nə vaxt istəsəniz, gələ bilərsiniz”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM