Azərbaycanlıların Putinə qarşı daha bir etirazı

13:01 | 09.03.2014
Azərbaycanlıların Putinə qarşı daha bir etirazı

Azərbaycanlıların Putinə qarşı daha bir etirazı

Azərbaycan əsilli kanadalılar Rusiya prezidenti Vladimir Putinə “Əlini Ukraynadan çək” çağrışını ediblər. 

ANS PRESS-in məlumatına görə, Kanadanın Toronto vilayətində Rusiya prezidenti Vladimir Putinin Krımı işğal etməsi ilə bağlı aksiya keçiriliblər.

Səhər saatlarında başlayan aksiya zamanı Ukrayna, Krım və Azərbaycan əsilli kanadalılar Rusiya əleyhinə şüarlar səsləndiriblər. 

Aksiya iştirakçıları daha sonra vilayətdə olan Rusiya Konsulluğunun qarşısına gəliblər. Aksiya iştirakçılarının əllərində Kanada, Ukrayna, Krım və Azərbaycan bayraqlarının olduğu bildirilir. 

Nümayiş bir neçə saatdan sonra bitib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM