Azərbayсanın işğal edilmiş Kəlbəcər rayonuna yerləşdirilmiş 17 yaşlı itkin erməni gənci Smbat Tsakalyanın meyiti tapılıb. ANN.Az ANSPRESS-ə istinadən xəbər verir ki, meyit rayon ərazisindəki azərbaycanlı qəbristanlığında tapılıb. Xəbər erməni mətbuatında yayılsa da, rəsmi qurumlar bunu təsdiqləməyib. 17 yaşlı Smbat Tsakalyan iyulun 10-dan yoxa çıxıb.Ermənilər onun Kəlbəcərə doğmalarının qəbrlərini ziyarət etməyə getmiş kəlbəcərlilər tərəfindən öldürdüldüyünü iddia edirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !