Azərbaycanın 6 ildə aldığı atıcı silahın miqdarı

13:20 | 18.01.2014
Azərbaycanın 6 ildə aldığı atıcı silahın miqdarı

Azərbaycanın 6 ildə aldığı atıcı silahın miqdarı

Avtomatların əksəriyyəti Ukraynadan, tapançaların böyük hissəsi isə Türkiyədən gəlib

Azərbaycan 2006-2012-ci illərdə xarici ölkələrdən 23 156 ədəd yüngül atıcı silah satın alıb. APA-nın BMT Adi Silahlar Registrinə istinadən verdiyi məlumata görə, bu silahların arasında əsas yeri avtomatik hücum silahları tutub. Hesabat dövründə alınmış silahların 19420 ədədini avtomatlar, 3120 ədədini tapançalar, qalanını isə digər silahlar təşkil edib. Avtomatların böyük əksəriyyəti - 19 min ədədi Ukraynadan, tapançanın isə 3041 ədədi Türkiyədən satın alınıb. BMT-yə təqdim olunmuş hesabatlara görə, Azərbaycan qeyd olunan dövrdə Serbiyadan 150 ədəd avtomat, Türkiyədən 3041 ədəd tapança, 270 ədəd MP-5 tipli avtomat, Rusiyadan 110 ədəd tüfəng və karabin, 130 ədəd lüləaltı qumbaraatan, Ukraynadan 6 ədəd tank əleyhinə idarə olunan raket kompleksi, 19 min ədəd AKM markalı avtomat, 50 ədəd SVD markalı snayper tüfəngi, 50 ədəd lüləaltı qumbaraatan, 1 ədəd tapança, Avstriyadan 160 ədəd “Glock” markalı tapança, İtaliyadan 178 ədəd tüfəng və karabin, 8 ədəd tapança, Slovakiyadan 1 ədəd 30 mm çaplı 2A42 topu və 1 ədəd markası açıqlanmayan tüfəng alıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM