“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində ən böyük otelin tikintisi üzrə müqavilə imzalanıb.Türk podratçı şirkəti “AE Arma-Electropanc” ilə “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində ilk və ən böyük otelin tikintisi üzrə 42,5 milyon dollarlıq mexaniki, elektrik və santexnika müqaviləsi imzalanıb.ANN.Az AzərTac-a istinadən xəbər verir ki, “Bakı Ağ Şəhər”in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilənə görə, ümumi sahəsi 90 min kvadratmetr olacaq oteldə 818 otaq yerləşəcək. Otelin tikintisinin gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarınadək, yəni 2015-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !