Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) 2010-cu ildə könüllü olaraq Azərbaycan tərəfinə keçmiş, 2014-cü ildə isə geri qaytarılmış Gevorkyanlar ailəsinə qarşı cinayət işi qaldırıb.
"Report" "Arminfo"ya istinadən xəbər verir ki, MTX-nın mətbuat xidmətinin məlumatına görə, cinayət işi Ermənistan Respublikası Cinayət Məcəlləsinin 329-cu maddəsinin 1-ci hissəsinə (Müvafiq sənəd və icazə olmadan Ermənistan sərhədlərini keçmək) əsasən qaldırılıb.
Maddə maksimum 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İş üzrə Yegişe və Ruzanna Gevorkyanlar cütlüyü təqsirləndirilirlər.
Qeyd edək ki, bir ailənin üzvü olan Ermənistan vətəndaşları Yegişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar 2010-cu ilin yanvar ayında könüllü şəkildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə keçiblər. 2014-cü ilin dekabrında isə Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə erməni ailəsini ölkəsinə geri qaytarıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !