Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanında təxliyə gözləyən Azərbaycanın 9 vətəndaşlardan ikisi artıq təxliyə olunub.
Azərbaycanın Səudiyyə Ərəbistanı və Yəməndəki səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın iki vətəndaşı Rusiyanın təyyarəsi vasitəsilə Moskva şəhərinə gətirilib.
Səfirlikdən onu da bildiriblər ki, yerdə qalan Azərbaycanın 7 vətəndaşı sabah Rusiyaya təxliyə olunacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !