Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul etdi

23:58 | 04.02.2014
Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul etdi

Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul etdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Görüş zamanı həmsədrlər Ermənistan-Azərbaycan münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildiriblər.

 

Müdafiə naziri həmsədrlərə regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.

 

General-polkovnik Zakir Həsənov son günlər qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunaraq, düşmən tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması hallarının qeydə alınması, o cümlədən atəşin intensivliyinin artmasına da diqqəti yönəldib.

 

Müdafiə naziri Azərbaycan xalqının işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, Azərbaycanın işğal faktı ilə barışmayacağını və ərazilərin düşməndən azad edilməsi hüququnun özündə saxladığını bildirib.

 

Görüşdə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov da iştirak edib.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM