Azərbaycanın neft və qaz ehtiyatlarının ümumi həcmi açıqlandı

23:25 | 29.04.2015
Azərbaycanın neft və qaz ehtiyatlarının ümumi həcmi açıqlandı

Azərbaycanın neft və qaz ehtiyatlarının ümumi həcmi açıqlandı

Bu gün Azərbaycanın neft ehtiyatlarının ümumi həcmi 2 mlrd. tona bərabərdir.

"APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi isə 2 trln. 550 mlrd. kub metrə bərabərdir. "Bundan başqa bizim proqnoz ehtiyatlarımız var. Bunlardan "Zəfər” və "Məşəl”, "Asiman-Şəfəq”, "Naxçıvan” kimi strukturların böyük qaz-kondensat ehtiyatına malik olması ilə ümumilikdə bizim 6 trln. kub metr qazımız olur”, - deyə X. Yusifzadə bildirib.

Vitse-prezident əlavə edib ki, yalnız texniki məsələlər həll olunduqdan sonra kəşf edilən yataqlarda olan təbii qaz 2018-2020-ci illərdə müvafiq kəmərlərlə ixrac oluna bilər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti