Azərbaycanın sərhəd kəndi atəşə tutuldu - yaralı var

10:23 | 06.02.2015
Azərbaycanın sərhəd kəndi atəşə tutuldu - yaralı var

Azərbaycanın sərhəd kəndi atəşə tutuldu - yaralı var

Ermənistan Silahlı Qüvvələri ötən axşam Tovuz rayonunun sərhədyanı Əlibəyli kəndini iriçaplı silahlardan güclü atəşə tutub.

Tovuz rayon Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, kənd ötən gün saat 20 radələrindən başlayaraq 4 saat müddətində atəşə məruz qalıb.
 
Atışma zamanı kənd sakini, 1982-ci il təvəllüdlü Xatirə Əliyeva qolundan yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Bundan başqa, düşmənin atdığı işıqsaçan güllə kənd sakini İsmayıl Nəbiyeva məxsus, 150 kvadratmetr sahəsi olan yaşayış evinə dəyərək yandırıb. Ev yanaraq yararsız hala düşüb.
 
İcra nümayəndəsinin bildirdiyinə görə, atışma nəticəsində kənddə ümumilikdə 100-dək evə ziyan görüb.
 
Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən tərəfi susdurulub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM