Azərbaycanın Texası: Naxçıvan - Tomas Qoltsun səfər qeydləri

17:21 | 21.11.2013
Azərbaycanın Texası: Naxçıvan - Tomas Qoltsun səfər qeydləri

Azərbaycanın Texası: Naxçıvan - Tomas Qoltsun səfər qeydləri

ANN.Az oxucuların diqqətinə məşhur amerikalı jurnalist Tomas Qoltsun səfər qeydlərini təqdim edir. O, Bakı Humanitar Forumu çərçivəsində Azərbaycanda olub və Naxçıvan Muxtar Respublikasına səfər edib: 

"Odlar Yurduna - Azərbaycana geri qayıdıram!

Beləliklə, mən bir çox köhnə dostlarımı gördüm və hətta yenilərini qazandım.

III Bakı Beynəlxalq Humanitar Forumunda Balkanlardan və Baltikyanı ölkələrdən (Estoniyadan tutmuş Xorvatiyayadək) onadək sabiq prezident iştirak edirdi. Bu forum, bir növ, Nobel laureatlarının və dünyanın 70 ölkəsindən olan müxtəlif elm adamlarının yığıncağı idi. Digər müzakirələrdə nə baş verdiyini dəqiq bilmirəm, amma mənim iştirak etdiyin toplantıda (mövzu: "Dəyişən dünyada milli identiklik") Xarici Dillər Universitetinin rektoru, professor Səməd Seyidovun məharətli sədrliyi ilə dərin və hədsiz sərbəst təhlillərlə müşayiət olunan azad fikir mübadiləsi aparıldı.

Konfransdan daha çox Azərbaycanın seçilmiş regionuna etdiyim səfər yadımda qaldı. Hesab edirəm ki, bundan sonra da beş belə səfər versiyası var. Mən xüsusi coğrafi mövqeyi olan Naxçıvan Muxtar Respublikasına getməli oldum . Bura İran və Ermənistanla həmsərhəd olan, ölkənin digər hissəsindən təcrid olunmuş və nəyləsə ölkənin siyasi rəhbərliyi - həm sovet, həm də postsovet Azərbaycanı üçün Texası xatırladan eksklavdır.

Mixail Qorbaçov Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırandan sonra bu qəribə və çox siyasiləşmiş region sonuncu üçün dərin baza rolunu oynadı. Və mən Əliyevi ilk dəfə 1991-ci ildə orada görmüşdüm, sanki o zaman Azərbaycanda (və ya dünyada) heç kəs bu gözəl insanla hər hansı əlaqəsinin olmasını istəmirdi . Heydər Əliyev nə ilk, nə də sonrakı (sonrakı görüşüm 1993-cü ildə, onun Bakıya qayıtmasından bir az əvvəl olmuşdu) görüşləri yaddan çıxarmamışdı. Çox zaman bu görüşlər ən çətin şəraitdə keçirilirdi - soyuq , içməli su və Türkiyədən humanitar yardım kimi göndərilən qida çatışmazlığı şəraitində.

Hər halda, mənim son səfərim 20 il əvvəl olmuşdu, o vaxtdan sonra isə çox şey dəyişib.

Humanitar Forumun yüzdən çox nümayəndəsindən ibarət qrupdan ayrılıb Naxçıvanın keçmiş komsomol rəhbəri, köhnə dostum Babəklə əlaqə yaratdım. Orada onun Sovet dövründən tanıdığı italiyalılar – Sandro, Laura və Anna Maria vardı. Otağımıza nəzər salandan sonra (bir çox nümayəndələr “hədsiz təşkilatçılılıqdan” gileylənirdilər) mən Babəkin əlaqələrini genişləndirdim: ora Yaponiyadan olan yeni dostumu (Taka – rus ədəbiyyatı üzrə mütəxəssis) və Trentodan (İtaliya) olan Şərqi Avropa üzrə mütəxəssis Fernandonu daxil etdim. Sonuncu vaxtilə məni İtaliya Alpındakı Cənubi Tirolidəki universitetinə dəvət etmişdi. 

Babəkin rəhbərliyi altında biz, digərlərindən aralanıb Naxçıvana yola düşdük. Əvvəlcə Naxçıvan şəhərində hansısa restoranda şam yeməyi yedik, daha sonra Muxtar Respublikanın İranla sərhəd boyunca axan Araz çayından tutulan iri xərçənglərin - "Naxçıvan xərçəngləri"nin, eləcə də mənim Montanadan gətirdiyim qaçaqmalın - "Round Top" maralının döş ətinin dadına baxdıq. 

Babəkin dostu Şəmsəddinin hazırladığı təzə yerli pivədən və Babəkin digər iki tanışlarının hazırladıqları yerli “samoqon”dan içdik. Otelə qayıdanda artıq azca səndələyirdik. Biz taksinin haqqını ödəmək istəyən zaman (bizi iki avtomobil aparıb-gətirirdi) məlum oldu ki, pul artıq ödənilibmiş.

Dünyadakı bütün qadınların qərarsızlığını yüngülcə lağa qoymağı sevən və böyük ayıya bənzəyən Babək dilli-dilavərli bir şəxs idi. O, səfərimizin bütün aspektlərinin qayğısına qalmışdı. Axı o, istənilən halda naxçıvanlı idi...

Səhərisi gün Bakıdakı qrup təşkilatçısı onun nəzarətindən çıxmağımızla bağlı bizə ciddi narahatlıq ifadə etdi. Amma bizim şəxsi təşkilatçımız bunun da qayğısına qaldı. Babəkin zəngi və bizimlə bağlı hər şeyin qaydasında olduğunu deməsi əlavə problemləri aradan götürdü. Məlum oldu ki, təşkilatçı olan bu qadın da sovet dövründə komsomol üzvü olub və beləliklə, Babək hətta indi, Kommunist Partiyasının süqutundan 22 il də sonra da onun lideridir...

Digər nümayəndələrin gözlərində dəhşət və əlbəttə, bziə qarşı qısqanclıq vardı. Çünki onlar bir polis əməkdaşının müşayiəti ilə 8 kiçik avtobus karvanında ekskursiya edirdilər. Bizsə qədim, qalmaqallı duz mədəninə tərəf səfərimizi davam etdirir, bazar günü səhər dequstasiya üçün Şəmsəddinin pivə bişirdiyi yerin açarlarını tapır, Naxçıvan şəhərinin gözdən-könüldən uzaq küçələrində itirdik. 

Hələ arada ovçulardan və araqçəkənlərdən ibarət bir neçə dost da tapdıq özümüzə. Kiçik dağ kurortuna yollanmazdan əvvəl dördzolaqlı magistral yolla İranla sərhəddə yerləşən  Culfa şəhərinədək 30, ya 40 mil yol getdik. "Dəri Dağ" adlı bu kurort diyarında biz 10 dəqiqə terapevtik arsen suyundan ibarət qaynar vanna qəbul etdik. Bu yeri "müalicəvi zəhər dağı" adlandırırlar. Görünür, 10 gündə bir dəfə 10 dəqiqəlik vanna qəbul etmək istənilən xəstəliyi müalicə edə bilər. Təkrar edirəm ki, qaynayan suyun tərkibində arsen var.

Üç dəfə otlardan hazırlanmış çaydan içəndən sonra biz İran sərhədinə yaxın neytral zonaya, heç də tam qanuni sayılmayan ekskursiya etmək üçün Culfaya qayıtdıq. Sonra məşhur ziyarətgah olan "Əshabi-Kəhf" dağının önündə (“Quran”ın bu ziyarətgahın adı çəkilən ayə var) rəsmi avtobuslardakı ilə yenidən, faktiki olaraq ikinci dəfə qarşı-qarşıya gəldik. 

Sonra, əsas qrup vida ziyafətində iştirak etmək üçün restorana gedəndə biz kiçik çayın mənbəyinə tərəf yol aldıq, bu, Müqəddəs mağaranın yerləşdiyi yarğanın altındakı ovçu düşərgəsinə mövsümi torpaq yolu rolunu oynayırdı. Düşərgədə bizə keçən gecədən tanış olduğumuz ovçular dağ keçisinin ətindən, quzunun böyrək, ciyər və içalatından yaxşı qızartma, quşun döş ətindən və budlarından (sümükləri də daxil olmaqla) yaxşı hamburger hazırlamışdılar. Bizim ev sahibləri bu quş barədə bircə onu bilirdilər ki, o, “tutla qidalanır”.  Bütün bunların üzərinə gavalıdan çəkilmiş təzə, 60 faizli yerli şərab və alkoqolun kəskin qoxusunu məhv edən kəklikotu əlavə olunmuşdu, spirtin iyi o qədər güclü idi ki, bəzi adamlar bundan kor olacaqlarını düşünüb qorxurdular. Biz tutdan hazırlanmış "sərinləşdirici" içkinin də dadına baxdıq. Ona spirtin gücünün tam alınması üçün yunan qozunun qabıqları əlavə olunduğundan, o, açıq qəhvəyi rəngdə idi. Sacda çoxlu badımcan, qızarmış quzu əti hazırlanmışdı. 

 

Bir neçə sağlıqdan sonra bizi gözləyən təyyarəyə doğru şütüməyin zamanı gəlmişdi. Pasportlarımızı göstərmədik və heç bilet də almadıq, əvəzində göyərtədə bizim üçün heç bir əhəmiyyət daşımayan kütlənin bəzi nümayəndələrinin qəzəbli baxışlarıyla qarşılaşdıq...

 

Mən həmin günü “Duz mədənlərindən Zəhərli dağa qayıtma günü” elan etdim, amma İtaliya kontingentindən olan Laura düzəliş verdi: "Duz mədənlərindən qayıtma, Zəhərli dağa qalxma və Sarımsaq təpələrinin hündürlüyündən təzim".

Bu , həqiqətən, xüsusi bir gün idi.

Çox sağ ol, Babək!"

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM