Azərbaycanın Türkiyədəki səfirliyindən mühüm açıqlama

15:13 | 31.03.2014
Azərbaycanın Türkiyədəki səfirliyindən mühüm açıqlama

Azərbaycanın Türkiyədəki səfirliyindən mühüm açıqlama

“Martın 20-də Türkiyənin Niğde vilayətində hərbi posta silahlı hücum etmiş şəxslərlə əlaqəli olduğu ehtimal olunan 3 şəxs arasında Azərbaycan vətəndaşı yoxdur”.Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya bildiriblər ki, bununla bağlı Türkiyənin rəsmi qurumlarından diplomatik missiyaya heç bir məlumat daxil olmayıb. Səfirlikdən qeyd ediblər ki, əgər Türkiyədə hər hansı xarici ölkənin vətəndaşı tutulursa, bu barədə məlumat bu ölkənin diplomatik nümayəndəliyinə daxil olur. Qeyd edək ki, martın 20-də Niğde vilayətinin Ulukışla bələdiyyəsində yerləşən hərbi posta silahlı hücum edilib. Bununla əlaqədar bir neçə nəfər saxlanılıb. Bir neçə gündən sonra onlarla əlaqədə şübhəli bilinən daha 3 nəfər tutulub. Türkiyə mətbuatı bu üç şəxsdən ikisinin Azərbaycan, birinin Türkiyə vətəndaşı olduğunu yazıb. Həmin şəxslərin İstanbulda saxlanıldığı və Ulukışlaya aparıldığı bildirilir. Onlar barələrində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıblar. Məhkəmə bir Azərbaycan və Türkiyə vətəndaşını sərbəst buraxıb. Onların adları Q.İ. və M.A. kimi göstərilib. Şübhəli bilinən Azərbaycan vətəndaşı F.M. barəsində isə həbs-qətimkan tədbiri seçilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti