• $ 1.7
  • € 1.9874
  • ₽ 0.021662
  • ₺ 0.0399
  • £ 2.2728

“Azerçay” Çay Sənayesində Fermerlərin Gücləndirilməsi Mövzusunda Panel Müzakirəsi Keçirib

“Azerçay” Çay Sənayesində Fermerlərin Gücləndirilməsi Mövzusunda Panel Müzakirəsi Keçirib
16.11.2024 16:09
"Azerçay”ın təşkilatçılığı ilə COP29 çərçivəsində "Azərsun Holdinq”in pavilyonunda "Çay Sənayesində Fermerlərin Gücləndirilməsi” mövzusunda panel müzakirəsi baş tutub.


Bu tədbir, çay sənayesinin inkişafı və fermerlərə verilən dəstəklərin əhəmiyyəti ilə bağlı geniş müzakirə imkanları yaradıb.


Panel müzakirəsini açan "Azerçay” markasının marketinq müdiri Tərlan Lətifov, ilk olaraq çayın zəngin tarixi və dərin mədəniyyəti haqqında məlumat verib. 


O, çayın yalnız içki deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu vurğulayıb.


Müzakirə zamanı, kənd təsərrüfatında çayın əhəmiyyəti və bu sahənin inkişafı üçün fermerlərə verilən dəstəklərin vacibliyi barədə geniş fikirlər irəli sürülüb.


Çıxışçılar, fermerlərin gücləndirilməsi və çay istehsalının keyfiyyətinin artırılması üçün müxtəlif müasir yanaşmalar və innovasiyaların tətbiqinə xüsusi diqqət yetiriblər.


 Müzakirə iştirakçıları həmçinin çayın müasir standartlara uyğun şəkildə, əl dəymədən qablaşdırılması barədə məlumat verərək, istehsal proseslərinin təkmilləşdirildiyini bildirib.


Qeyd edək ki, "Azerçay” COP29-da çay təminatçısıdır və bu mühüm tədbir çərçivəsində Mavi Zonanada yerləşən Azərbaycan pavilyonunda gələn qonaqlara çay təqdim olunur. 
Çay mədəniyyəti haqqında məlumatlar verilir 


Həmçinin, Yaşıl Zonanada yerləşən "Azərsun Holdinq” pavilyonunda da "Azerçay” qonaqları qarşılayır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xırdalanda yaşayış binası yanır
Cəmiyyət 00:19
Xırdalanda yaşayış binası yanır
Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
Cəmiyyət 21:40
Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Cəmiyyət 21:01
Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Cəmiyyət 20:55
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Kamran Əsədova cinayət işi açılıb
Cəmiyyət 19:24
Kamran Əsədova cinayət işi açılıb
Naxçıvanda 20-dən çox şəxs dəm qazından zəhərlənib - Yenilənib
Cəmiyyət 19:21
Naxçıvanda 20-dən çox şəxs dəm qazından zəhərlənib - Yenilənib
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:39
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
MEDİA Heydər Əliyevin məzarını ziyarət edib
Cəmiyyət 17:21
MEDİA Heydər Əliyevin məzarını ziyarət edib
Havanın temperaturu enəcək - Xəbərdarlıq
Cəmiyyət 16:50
Havanın temperaturu enəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol