Artıq bütün Azercell müştəriləri süni zəka
texnologiyasına əsaslanan "AI Chat Bot” xidmətindən yararlana bilərlər
Azercell-in süni zəka texnologiyası əsasında
işləyən innovativ "AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır.
Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri
sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Müştəri sorğularını ani emal edir;
Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli
dərəcədə azaldır;
Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər
xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də
rahatlıqla göndərə bilərlər.
Xatırladaq ki, ötən ilin dekabr ayında "AI
Chat Bot”u Android əməliyyat sistemində işləyən cihazlar üçün istifadəyə vermiş
Azercell yerli telekommunikasiya bazarında süni zəka əsaslı bot xidmətini təqdim
etmiş ilk telekommunikasiya şirkəti oldu.
Əlavə məlumat üçün: https://www.azercell.com/az/
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !