• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Azercell ilə “Kinon Plus”-dan 7 gün pulsuz istifadə imkanı!

Azercell ilə “Kinon Plus”-dan 7 gün pulsuz istifadə imkanı!
10.12.2024 15:23
Lider mobil operatordan "Kinon” ilə dünyaca məşhur onlayn kinoteatrlar bir arada

"Kinon" tətbiqinin imkanlarını genişləndirən Azercell dekabr ayının 10-dan etibarən xidmətə Wink, Viju və Premier onlayn kinoteatrlarını əlavə edir. Beləliklə artıq "Kinon” eyni anda müxtəlif cihazlarda 240-dan çox yerli və xarici kanalı onlayn izləmək imkanı ilə yanaşı, "Amediateka”, "Premier", "Viju" və "Wink" kimi dünyaca məşhur onlayn kinoteatrları bir platformada birləşdirir. 

• Amediateka: özündə aparıcı studiyaların və televiziya kanallarında yayımlanan müxtəlif janrlarda məşhur xarici filmləri, həyəcan dolu detektivləri, təsirli dramaları, komediyaları və romantik hekayələri birləşdirir;

• Premier: hər zövqə uyğun minlərlə film, serial, cizgi filmi və şouları izləmək imkanı verir;

• Viju: kino dünyasına tamamilə yeni yanaşma - ən baxılan filmlər, seriallar və kanalları bir araya gətirir;

• Wink: 60 mindən çox film və serialı Full HD formatında izləmək imkanı təqdim edir. 

Yeni istifadəyə verilən "Kinon Plus” abunəsi ilə  bütün bu yenilikləri bir abunəlik paketi çərçivəsində əlçatan edir.  Ən əsası isə xüsusi kampaniya şərtlərinə əsasən "Kinon Plus”-a qoşulan abunəçilərə xidmətdən ilk 7 gün pulsuz istifadə imkanı və kanalları izləmək üçün 5GB həcmində internet hədiyyə edilir.  
"Kinon” xidmətindən yararlanmaq istəyən abunəçilər günlük və aylıq paketlər arasında seçim edə bilərlər.  Müvafiq abunəliyi aktiv etmək üçün isə telefonun ekranında USSD kodun yığılması kifayət edir. Paketlər haqqında ətraflı məlumat üçün: Kinon

Qeyd edək ki, "Kinon”dan smartfonlar, Android TV-lər, Samsung Smart TV-lər, planşetlər və s. daxil olmaqla bütün Android və iOS əməliyyat sistemlərini dəstəkləyən cihazlarda yararlanmaq mümkündür. Xidmətdən eyni anda üç müxtəlif cihazda, ən əsası isə 5 fərqli hesab yaradaraq bir abunəlik paketi aktivləşdirərək istifadə etmək olar. Tətbiqi "Google Play” və "AppStore”dan yükləyə bilərsiniz.

"Kinon” ilə Azercell-in rəqəmsal əyləncə dünyasını kəşf edin!

Xidmət haqqında daha ətraflı məlumat üçün Azercell və ya Kinon səhifələrinə müraciət edə bilərsiniz.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:26
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
Bakıda məktəbdə müəllim vəfat edib
Cəmiyyət 11:02
Bakıda məktəbdə müəllim vəfat edib
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Cəmiyyət 10:19
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Cəmiyyət 10:12
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Azərbaycan nefti ucuzlaşıb
Cəmiyyət 09:36
Azərbaycan nefti ucuzlaşıb
Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 09:30
Bakının iki rayonunda qaz olmayacaq
İşğaldan azad edilmiş ərazilərə 57 ailə köçürülüb
Cəmiyyət 09:14
İşğaldan azad edilmiş ərazilərə 57 ailə köçürülüb
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Cəmiyyət 20:31
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Göygöldə küçədən kişi meyiti tapılıb
Cəmiyyət 20:06
Göygöldə küçədən kişi meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol