• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST Hindistanda Nipah virusu ilə bağlı vəziyyəti yaxından izləyir

ÜST Hindistanda Nipah virusu ilə bağlı vəziyyəti yaxından izləyir
31.01.2026 18:30

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda və digər ölkələrdə Nipah virusu ilə bağlı vəziyyəti yaxından izləyir. Bu barədə təşkilatın rəsmisi Anais Leqan Cenevrədə keçirilən həftəlik BMT mətbuat konfransında bildirib.


Leqanın sözlərinə görə, yanvarın 26-da Hindistanın Qərbi Benqal əyalətində Nipah virusuna yoluxma ilə bağlı iki hal təsdiqlənib və hazırda yeni yoluxma qeydə alınmayıb. O bildirib ki, hər iki xəstə səhiyyə müəssisəsində dəstəkləyici müalicə alır və simptomlar başlamazdan əvvəl səyahət etməyib.


ÜST rəsmisi qeyd edib ki, Hindistanın səhiyyə orqanları vəziyyətə cavab olaraq gücləndirilmiş epidemioloji nəzarət, laboratoriya testləri, təmasların izlənməsi və risklərin idarə olunması da daxil olmaqla bir sıra tədbirlər həyata keçirir.


Leqan xatırladıb ki, Nipah virusu ilk dəfə 1998-ci ildə aşkar edilib və indiyədək Banqladeş, Hindistan, Malayziya, Filippin və Sinqapurda məhdud sayda yoluxma halları qeydə alınıb. Virus əsasən insanlara yoluxmuş yarasalar və ya digər heyvanlarla birbaşa təmas nəticəsində, həmçinin çirklənmiş qida məhsulları — o cümlədən çiy xurma şirəsi vasitəsilə ötürülür. Ayrı-ayrı hallarda insandan insana yoluxma da mümkündür.


Onun sözlərinə görə, ÜST risk səviyyəsinin qiymətləndirilməsi məqsədilə Hindistanın səhiyyə qurumları ilə daimi əlaqə saxlayır və zərurət yaranarsa texniki dəstək göstərməyə hazırdır.
“Mövcud məlumatlara əsasən, milli, regional və qlobal səviyyələrdə risk hazırda aşağı qiymətləndirilir,” – Leqan bildirib. O əlavə edib ki, ÜST Hindistanda və digər ölkələrdə vəziyyəti izləməyə, müntəzəm risk qiymətləndirmələri aparmağa və ehtiyac yarandıqda erkən aşkarlama, cavab tədbirləri və ictimaiyyətin məlumatlandırılması proseslərinə dəstək verməyə davam edəcək.
Bir sıra ölkələrin Hindistan ştatlarından gələn səyahətçilər üçün sərhəd nəzarətini sərtləşdirməsini şərh edən Leqan bildirib ki, vaxtında görülən cavab tədbirləri xəstəliyin nəzarətdə saxlanılmasının ən effektiv yolu olaraq qalır.


ÜST rəsmisinin sözlərinə görə, Nipah virusunun inkubasiya dövrü adətən 3–14 gün təşkil edir, ölüm göstəricisi isə 40–75% arasında qiymətləndirilir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol