• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Azercell-in dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub

Azercell-in dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub
12.09.2019 13:46
Azərbaycanın lider mobil operatoru "Azercell Telekom” MMC-nin dəstəyi ilə  fəaliyyət göstərən "Uşaq Qaynar Xətt” xidməti iyun, iyul və avqust ayları üçün hesabatını açıqlayıb.

Məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi olan "Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu ilin iyun-avqust aylarında 1547 müraciət daxil olub. Daxil olan zənglərin 89-u psixoloji, 194-ü hüquqi, 901-i təhsil, 80-i səhiyyə, 125-i sosial, 158-i isə digər məsələlərə aiddir. Müraciətlərin 1440-ı 18 yaşdan yuxarı, 107-si isə 18 yaşdan aşağı şəxslər tərəfindən edilib. Qeyd edək ki, "Uşaq Qaynar Xətt” xidmətinə zənglər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən daxil olur. Xatirladaq ki, öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində daim qayğıya ehtiyac olan uşaqlar üçün layihələr ilə seçilən Azercell şirkəti 2018-ci ilin iyun ayının 13-dən etibarən "Uşaq Qaynar Xətt” xidmətinin Göygöl ofisini istifadəyə təqdim edib. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir. 

Azercell Telekom-un dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. Həmçinin, "Uşaq Qaynar Xətt”-inin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə xidmətin IOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz        
 Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir - Yenilənib
Cəmiyyət 22:25
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir - Yenilənib
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb - MƏHKƏMƏ
Cəmiyyət 22:00
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb - MƏHKƏMƏ
Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 19:05
Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Cəmiyyət 18:30
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
Cəmiyyət 18:00
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
AQTA Rusiyadan gətirilən 639 ton soğanı məhv edib - Səbəb
Cəmiyyət 17:27
AQTA Rusiyadan gətirilən 639 ton soğanı məhv edib - Səbəb
Qeyri-iş günlərində qatarla daşınan sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 17:12
Qeyri-iş günlərində qatarla daşınan sərnişinlərin sayı açıqlanıb
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Cəmiyyət 16:28
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Cəmiyyət 15:31
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol