• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmət son 1 illik hesabatını açıqlayıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmət son 1 illik hesabatını açıqlayıb
22.01.2024 15:47
"Azərbaycan Uşaq Qaynar Xətt”inə 2023-cü il ərzində 4500-ə yaxın müraciət daxil olub.

Əsas məqsədi çətinliklə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım etmək olan "Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti 2023-cü ildə 4500-ə yaxın zəng qəbul edib. Azercell-in dəstəyi ilə yaradılaraq fəaliyyət göstərən qaynar xəttə hüquqi yardım üçün 1329 zəng daxil olub. Psixoloji problemlərlə bağlı 1080, təhsillə əlaqəli 1004 müraciət cavablandırılıb. 718 zəng sosial, 196-sı isə səhiyyə məsələlərini əhatə edib. Zənglərdən 126-sı digər sahələrə aiddir. Bu müraciətlərin 53% qadın, 46% kişi tərəfindən, 1% isə anonim şəkildə daxil olub.
 
AUQX hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar hər bir şəxsi əhatə edir. Xidmət müraciətləri araşdırır, aidiyyəti qurumlara yönləndirilməsini təmin edir, 7/24 rejimində gündəlik mövzulardan tutmuş, zorakılıq və qısnama (bullying)  kimi ciddi məsələlərə qədər geniş spektrdə dəstək verir, mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Qeyd edək ki, fəaliyyət göstərdiyi 2010-2023-cü illər ərzində qaynar xəttə 72000-dən çox müraciət daxil olub.
 
Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]), internet səhifəsi, facebook və instagram sosial şəbəkələri və İOS və Android sistemləri üçün nəzərdə tutulmuş "uşaqqaynarxetti” mobil əlavə üzərindən həyata keçirir.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 22:34
Xəzər dənizində zəlzələ baş verib
Azərbaycana payız gəlib
Cəmiyyət 22:29
Azərbaycana payız gəlib
Dərnəgül Bazarında söküntü işlərinə başlanılıb
Cəmiyyət 21:50
Dərnəgül Bazarında söküntü işlərinə başlanılıb
Ələtdə hava limanı bu tarixdə açılacaq
Cəmiyyət 21:30
Ələtdə hava limanı bu tarixdə açılacaq
Olimpiya Stadionunun yaxınlığında qəza olub, sıxlıq yaranıb
Cəmiyyət 19:47
Olimpiya Stadionunun yaxınlığında qəza olub, sıxlıq yaranıb
Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək
Cəmiyyət 19:04
Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Экстренная посадка турецкого самолета в Баку
Cəmiyyət 18:00
Экстренная посадка турецкого самолета в Баку
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol