• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Azercell-in dəstəyi ilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

Azercell-in dəstəyi ilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib
08.06.2023 10:35
"Azercell Telekom” MMC-nin dəstəyi, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Respublika Paralimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Uşaq Paralimpiya kuboku” turniri baş tutub.

Turnirdə 5 idman növü üzrə (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, pauerliftinq) 150-dən artıq paralimpiyaçı uşaq iştirak edib. Gənc idmançılar arasında Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Naxçıvan, Gəncə, Şirvan, Ağcabədi, Ağdaş, Ağsu və Bərdə şəhərlərindən olan uşaqlar da var.

Azercell-in 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsinə dəstəyi sayəsində sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu, uşaqların cəmiyyətə inteqrasiya olunması və onların idmana həvəsinin artırılmasında böyük əhəmiyyət kəsb edir. 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:53
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
İqtisadiyyat 11:51
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
İstehlakçılara qaytarılan ƏDV miqdarı açıqlanıb
İqtisadiyyat 11:47
İstehlakçılara qaytarılan ƏDV miqdarı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol