• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Azercell-in sponsorluğu ilə "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" baş tutub

Azercell-in sponsorluğu ilə
10.03.2023 18:47
Tədbirdə şirkətin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya "Telekom sektorunda KSM fəaliyyətləri” mövzusunda çıxış edib
 
Azercell-in sponsorluğu ilə baş tutan "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" ətraf mühit, korporativ sosial məsuliyyət (KSM) sahəsində ən son tendensiyaları və imkanları müzakirə etmək üçün müxtəlif sektorlardan ekspertləri və sənaye liderlərini bir araya gətirib. Konfransın məqsədi bu sahədə ideyaların, ən yaxşı təcrübələrin mübadiləsi, multidissiplinar yanaşma əsasında KSM və biznes etika üçün geniş bir platformanın yaradılmasıdır.

Tədbirdə "Azercell Telekom”-un Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya  "Telekom sektorunda KSM fəaliyyətləri” mövzusunda çıxış edərək, şirkətin rəqəmsal KSM siyasəti, həyata keçirdiyi layihələr, KSM-in Azərbaycanda və dünyada inkişafı perspektivləri və daha dayanıqlı cəmiyyətin qurulmasına verdiyi töhfə haqqında danışıb. N. Şıxlinskaya tədimatında sağlam və təhlükəsiz cəmiyyət üçün İKT əsaslı innovativ xidmət və həllərin önəmli rolunu vurğulayıb. Öz KSM strategiyasını şirkətin dəyərləri və "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədi üzərində quran Azercell bu günə qədər texnoloji mühitin inkişafına, inklüzivliyə dəstək olan çoxsaylı və genişmiqyaslı sosial layihələr həyata keçirib. Bunların sırasında günəş enerjisiylə çalışan "yaşıl” radio baza stansiyaları, "Uşaq Qaynar Xətti” və "Qadın Qaynar Xətti”, rəqəmsal kitabxana və audiokitablar toplusu, Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komandaya dəstək, qadınların İKT sahəsinə cəlb edilməsi, Tələbə Təqaüd və Təcrübə proqramları, həssas qruplara aid uşaq və yeniyetmələrin iştirakı ilə inklüziv cəmiyyətin qurulmasına yönəlik təşəbbüslər yer alır. Azercell 2022-ci ildə həyata keçirdiyi KSM layihələrə ümumilikdə 0.2 milyon ABŞ dolları sərf edib ki, bu göstərici 26 il ərzində 22.3 milyon ABŞ dolları təşkil edib.

Konfrans zamanı KSM və ESG-nin (ətraf mühit, sosial və idarəetmə məsələləri) cəmiyyətin inkişafına təsiri, dayanıqlı inkişafın və sosial məsuliyyətin təşviqində şirkətlərin rolu, kiçik və orta sahibkarlıq subyektləri və KSM, KSM və ESG sahəsində fəaliyyətin qiymətləndirilməsi, dəyişikliyə təkan vermək və müsbət nəticələrə nail olmaq üçün yeni metodlar mövzusunda müzakirələr aparılıb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 22:15
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Cəmiyyət 21:49
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Cəmiyyət 21:14
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Cəmiyyət 21:07
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Şəxsiyyət vəsiqələrinin forması dəyişir
Cəmiyyət 18:05
Şəxsiyyət vəsiqələrinin forması dəyişir

Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Cəmiyyət 17:04
Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Cəmiyyət 16:28
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Son altı ayda havada toz dumanında artım nə qədər olub?
Cəmiyyət 16:05
Son altı ayda havada toz dumanında artım nə qədər olub?
Yaxın günlərdətemperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Cəmiyyət 15:41
Yaxın günlərdətemperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol