• $ 1.7
  • € 1.9274
  • ₽ 0.020529
  • ₺ 0.0441
  • £ 2.2603

Azercell-lə Dəqiqələri Sayma!

Azercell-lə Dəqiqələri Sayma!
16.06.2016 14:51
Bölgələrdə limitsiz danışıq kampaniyasına start verildi

Yay mövsümünün başlaması ilə ölkənin lider mobil operatoru Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yeni və sərfəli kampaniyaya başladı. "Bölgələrdə limitsiz danış” kampaniyası ilə indi SimSim abunəçiləri bölgələrdə günlük limitsiz danışıq paketini əldə edə bilərlər, özü də, cəmi gündəlik olaraq 0.25 AZN müqabilində. Azercell-in "Bölgə” tarifinə qoşulmuş abunəçilərinə təqdim etdiyi bu sərfəli kampaniyadan yararlanmaq üçün sadəcə 2323 nömrəsinə START SMS-ni göndərmək lazımdır. Günlük limitsiz danışıq paketi sifariş olunan günün sonuna qədər istifadə edilə bilər. Qeyd edək ki, kampaniya yalnız Azərbaycanın rayonlarında keçərlidi. Bakı və Abşeron yarımadası ərazisində edilən zənglər kampaniyaya daxil deyil.

Məlumat üçün bildirək ki,"Bölgələrdə Limitsiz danış” kampaniyası ilə Azercell 2012-ci ilin martında başladığı regionlarda mobil rabitənin inkişaf strategiyasını davam etdirir. Artıq bir neçə ildir ki, Azercell -in bölgələrdə yaşayan abunəçiləri üçün sərfəli Bölgə tarifi mövcuddur. Belə ki, həmin abunəçilər Bölgə tarifinə qoşulmaqla şəbəkədaxili zənglərdə 3-cü dəqiqədən sonra pulsuz danışıq imkanı əldə edirlər.

Azercell, hər zaman olduğu kimi, isti yay ayları boyu da abunəçilərini həm yeni sərfəli kampaniyalarla, həm də keyfiyyətli rabitə xidmətləri ilə sevindirməkdə davam edəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvana yeni iqtisadiyyat naziri təyin olunub
İqtisadiyyat 11:33
Naxçıvana yeni iqtisadiyyat naziri təyin olunub
Dünya birjalarında neft bahalaşıb
İqtisadiyyat 10:52
Dünya birjalarında neft bahalaşıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:42
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Yelo Bank launches Summer Internship Program!
İqtisadiyyat 10:14
Yelo Bank launches Summer Internship Program!

Yelo Bank yay təcrübə proqramına start verir!
İqtisadiyyat 10:12
Yelo Bank yay təcrübə proqramına start verir!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:40
Qızılın qiyməti bahalaşıb
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu
İqtisadiyyat 14:37
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:50
Qızılın qiyməti bahalaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:40
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol