• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank yay təcrübə proqramına start verir!

Yelo Bank yay təcrübə proqramına start verir!
06.05.2025 10:12

Parlaq bankçılıqda karyera qurmaq istəyən tələbə və yeni məzun olmuş gənclər üçün əla fürsət! Yelo Bank nəhayət ki, çox gözlənilən "Summer Challenge 2025" təcrübə proqramına qeydiyyatı açıq elan edir.

 

İştirakçılar, müasir Agile metodologiyasının tətbiq edildiyi korporativ mühitdə yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı, proqramı uğurla başa vurduqdan sonra Yelo Bank-da iş imkanı əldə edə biləcəklər. Təcrübə müddəti ərzində iştirakçılar aşağıdakı keyfiyyətlərə görə dəyərləndiriləcəklər:

 

  • Təşəbbüskarlıq və öyrənməyə həvəs;
  • Pozitiv və kreativ düşüncə;
  • Nəticəyönümlü yanaşma;
  • Komandada işləmək bacarığı.

 

Təcrübəçilər sahib olduqları keyfiyyət və bacarıqlara uyğun olaraq yay aylarında İnsan Resursları, Satış, Maliyyə və mühasibatlıq, Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendin İdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.

 

Müraciət etmək istəyənlər 20 may 2025-ci il tarixinədək, “Nəyə görə mən və niyə məhz Yelo?” mövzulu motivasiya videolarını çəkib, videonu yükləyərək qeydiyyatdan keçməlidir. Qeyd edək ki, videonun xornometrajı 60 san-2 dəq aralığında olmalıdır. Seçim zamanı texniki tapşırığa yaradıcı yanaşma sərgiləmiş namizədlərə üstünlük veriləcək. Odur ki, müraciət etməyə tələsin! Yayınızı parlaq və səmərəli keçirmək, üstəlik Yelo-da karyera qurmaq üçün Summer Challenge təcrübə proqramına qoşulun. Qeydiyyat üçün: //tinyurl.com/24vhbfw4.

Bank xidmətləri (www.yelo.az) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol