• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Azercell-lə sərfəli internet hər yerdə

Azercell-lə sərfəli internet hər yerdə
03.03.2016 10:19
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom mobil internet istifadəçiləri üçün çox sərfəli təkliflə çıxış edir.

 Belə ki, 2 mart tarixindən etibarən "Azercell-dən 4G MiFi və 3G USB Modem” kampaniyası çərçivəsində 4G MiFi cihazını alan abunəçilərə ilk ay LİMİTSİZ internet paketi təqdim edilir. Nəticədə, abunəçi 80 AZN ödəməklə, 4G MiFi + 4G dəstəkli Simsim DATA nömrə + bir aylıq LİMİTSİZ internet paketinə sahib olur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir ki, bu da abunəçiyə rahat şəkildə internetdən istifadə imkanı yaradır. Qeyd edək ki, verilən hədiyyənin istifadə müddəti 30 gündür. Hədiyyənin həcmi 30 gündən tez bitərsə, Azercell abunəçisini yenə də internetsiz qoymur. Belə ki, abunəçi müddətin sonunadək limitsiz həcmdə və pulsuz internetdən istifadə edə bilər. Bu zaman sadəcə internetin sürəti azalır. Hədiyyə müddəti bitdikdən sonra abunəçi növbəti ay üçün mövcud internet paketlərindən birini sifariş edə bilər. Bunun üçün müvafiq açar sözü 2525-ə göndərilməlidir. Xidmətə qoşulmuş nömrədə digər xidmətlərdən (SMS və s.) istifadəyə görə xidmət haqları nömrədə mövcud olan tarif paketinə əsasən hesablanır. Nömrədə hər hansı digər tarif paket aktiv edilməyibsə, bu halda tarifləşmə fakturasız (SimSim) xətt sistemində mövcud olan "Azercellim” tarif paketinə uyğun aparılır. Onu da qeyd edək ki, kampaniya çərçivəsində abunəçi ikinci ay cəmi 10 AZN ödəməklə 10 GB internet paket əldə edə bilər. Bunun üçün abunəçi müvafiq SERFELİ açar sözü 2525-ə göndərilməlidir.

Yüksək sürətli Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azercell ötən il ərzində internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35% artdı. Hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir. Azercell nəinki telefondan, ümumiyyətlə müxtəlif cihazlardan sürətli internetə çıxışı təmin edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib.

Azercell bundan sonra da abunəçilərini sərfəli tarif paketləri və yeni cəlbedici kampaniyalarla sevindirməkdə davam edəcək. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti cüzi bahalaşıb
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
İqtisadiyyat 22:58
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
İqtisadiyyat 17:16
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
İqtisadiyyat 15:36
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
İqtisadiyyat 15:35
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
İqtisadiyyat 15:14
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
İqtisadiyyat 14:54
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
İqtisadiyyat 14:34
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
İqtisadiyyat 14:24
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol