Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

Könüllülər
üçün xüsusi təklif!
Ölkənin lider mobil operatoru "Azercell Telekom” gənclərin
inkişafına təkan vermək məqsədilə irəli sürülən təşəbbüsləri daima dəstəkləyir
və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. İnanırıq ki, Azercell tərəfindən
"Könüllülər İli”nə xüsusi hədiyyə kimi hazırlanan bu təklif təmənnasız
olaraq digərlərinə yardım edən könüllülərin əməyinin qiymətləndirilməsi və bu hərəkatın
stimullaşdırılmasına qatqı vermiş olacaq.
www.anews.az
"Azercell Telekom” MMC Azərbaycan Respublikasının
Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili”
elan edilməsilə əlaqədar öz xüsusi töhfəsini
hazırlayıb. Azərbaycanın lider mobil operatoru "Regional İnkişaf” İctimai
Birliyinin təşəbbüsü ilə könüllülərin daha sərfəli şərtlərlə danışmasına və
böyük həcmdə internetdən istifadəsinə imkan verəcək güzəşt təqdim edir. Qeyd
olunan bu xüsusi təklif könüllü fəaliyyət növü ilə məşğul olan
insanların gördüyü xeyirxah işin dəstəklənməsi məqsədini daşıyır.
Xüsusi təklifə əsasən könüllülərə hər ay 600 dəqiqə
tarifdaxili danışıq vaxtı, 6GB həcmində internet
trafiki təqdim olunur. Eyni zamanda, Azercell-in Zvuk, ivi, Bookmate, Busuu kimi rəqəmsal tətbiqlərindən
istifadə üçün 6GB həcmində əlavə internet də nəzərdə tutulub. Bütün bunlarla
yanaşı, bu güzəştdən yararlanan könüllülər sosial şəbəkələrdə (WhatsApp,
Facebook Messenger, Viber, Telegram və Twitter) pulsuz çatdan da yararlana bilərlər.
Xüsusi təklifin aylıq abunə haqqı 6,30 AZN təşkil edir.
Bu xüsusi təklif Azərbaycanda könüllü fəaliyyəti ilə
məşğul olan bütün Azercell Fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulub.
Güzəştdən yararlanmaq üçün RİİB-in www.riib.az rəsmi
internet səhifəsində qeydiyyatdan keçmək lazımdır, qoşulma qaydası və digər təfərrüatlar
haqqında ətraflı məlumatı da orada əldə etmək olar. Könüllülər istifadə etdikləri
tarif paketin idarə olunması, yeniliklərdən xəbərdar olmaq üçün Azercell-in
"Kabinetim” tətbiqindən də istifadə edə bilərlər.
www.anews.az