• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

“Azercell Telekom” MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi “Uşaq Hüquqlarının Qorunması Həftəsi” baş tutdu

“Azercell Telekom” MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi “Uşaq Hüquqlarının Qorunması Həftəsi” baş tutdu
02.06.2023 15:30
Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi

"Azercell Telekom” MMC Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıqda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlər həyata keçirdi.
Bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş müxtəlif fəaliyyətlərdən ibarət proqram həssas qrupa aid uşaqları (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) əhatə etdi. 

Layihə çərçivəsində Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayan uşaqlarla görüş keçirildi, tanınmış simalar öz uğur-motivasiya hekayələrini bölüşdülər. Həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar baş tutdu.

Həftəlik uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanalları və AUQX xidməti barədə maarifləndirici aksiya, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans ilə başa çatdı. 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti cüzi bahalaşıb
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
İqtisadiyyat 22:58
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
İqtisadiyyat 17:16
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
İqtisadiyyat 15:36
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
İqtisadiyyat 15:35
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
İqtisadiyyat 15:14
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
İqtisadiyyat 14:54
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
İqtisadiyyat 14:34
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
İqtisadiyyat 14:24
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol