Moldova prezidenti Nikolay Timofti bu gün Kirill Qaburiçin rəhbərliyi altında yeni hökumətin təsdiqi haqqında dekret imzalayıb.
Bu barədə Oxu.Az Moldova KİV-nə istinadən xəbər verir.
Baş nazir Kirill Qaburiç bəyan edib ki, ən yaxın zamanda hökumətin ilk iclası keçiriləcək.
"Şadam ki, nəhayət hökumət formalaşdı. Yaxın zamanlarda nazirlər kabinetinin ilk iclası keçiriləcək. İclasda leyin gələcək devalvasiyasının qarşısını almaq və ölkədə sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün təcili tədbirlər müzakirə olunacaq”, - Qaburiç deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !