"Azerfon" LTE şəbəkəsini kommersiya istismarına verdi

17:26 | 20.11.2015

"Azerfon" LTE şəbəkəsini kommersiya istismarına verdi

İndi Nar abunəçiləri eyni qiymətə daha yüksəksürətli internetdən istifadə edəcəklər

Şəbəkəsinin genişləndirilməsini hər zaman özünün başlıca prioritetlərindən biri hesab edən "Nar” öz abunəçilərinə Azərbaycandakı ən geniş LTE -412 və HSDP+ 2029 şəbəkəsini təqdim etdi.

3G və 4G stansiyalarından əlavə, Nar fəaliyyət göstərən 2932 ədəd 2G baza stansiyasını təqdim etməklə öz abunəçilərinə ən geniş mobil şəbəkədən istifadəni təmin edir.

"Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili Azərbaycanda ən geniş LTE şəbəkəsindən istifadəni təmin etmənin "Nar” üçün böyuk bir nailiyyət olduğunu vurğuladı.

"Böyük qürür hissi ilə bütün Azərbaycana 4G texnologiyasını və genişləndirilmiş şəbəkəmizi təqdim edirik. Cəmi 2 il ərzində şəbəkəmizin həcminin 2 dəfədən çox artırılmasına nail olmuşuq. 4G şəbəkəsində fəaliyyət göstərən baza stansiyalarının sayını 412 ədədə çatdırmaqla yanaşı, LTE şəbəkəsindən istifadə üçün abunəçilərin əlavə ödəniş etməmələrinə müvəffəq olmuşuq. Növbəti il "Nar” LTE şəbəkəsini daha da genişləndirməyi və LTE Advanced Technology (LTE-A) tətbiqini planlaşdırır” – deyə cənab Maknili bildirdi.

Nar öz abunəçiləri nə yüksəksürətli internet, geniş əhatə dairəsi və sərfəli qiymətləri təqdim etdi. Hazırda Nar 4G şəbəkəsi 225 Mbps qədər internet sürətini dəstəkləyir. "Nar” abunəçiləri LTE şəbəkəsindən istifadə üçün hər hansı bir əlavə ödəniş etməyəcəklər.
Abunəçilər cari SİM card –larını dəyişmədən yüksəksürətli 4G internet bağlantısından istifadə edə bilərlər. Sadəcə olaraq LTE texnologiyasını dəstəkləyən mobil telefon və ya cihazda 4G şəbəkəsini seçmək kifayətdir.

LTE texnologiyası haqqında əlavə məlumatı www.nar.az internet səhifəsindən öyrənə bilərsiniz.


www.ann.az
 

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM