“AzerGold” AAM ilə müqavilədə dövləti təmsil edəcək

12:13 | 04.07.2024
“AzerGold” AAM ilə müqavilədə dövləti təmsil edəcək

“AzerGold” AAM ilə müqavilədə dövləti təmsil edəcək

Azərbaycanda filiz yataqlarının işlənməsinə dair Britaniyanın "Anglo Asian Mining plc” (AAM) qızıl mədən şirkəti ilə əvvəllər bağlanmış Hasilatın Pay Bölgüsü müqaviləsində (PSA)  bundan sonra QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyini (ETSN) "AzerGold”  təmsil edəcək. Bu barədə AAM məlumat verib.
 
"Hasilatın Pay Bölgüsü müqaviləsində edilən düzəlişlərə əsasən, "AzerGold” əvəzinə Azərbaycan tərəfindən PSA-nın iştirakçısı olub. "Qızılbulaq”, "Dəmirli” və "Vejnəli” müqavilə sahələrində obyektlərin istifadəsi ilə bağlı da kiçik düzəlişlər edilib”, - məlumatda bildirilib. 

Şirkət həmçinin qeyd edib ki, hasilatın Pay Bölgüsü müqaviləsi bağlanan zaman Azərbaycanda hələ dağ-mədən sektorunda işləyən dövlət qurumu olmayıb.  "AzerGold” QSC yaranandan sonra belə dəyişikliyin edilməsi məntiqlidir. 

PSA-nın bəzi müqavilə sahələrində obyektlərin istifadəsi ilə bağlı bəndə də dəyişiklik edilib.

Dəyişikliklər artıq Milli Məclis tərəfindən ratifikasiya olunub və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilib.

"Bu düzəlişlər "Anglo Asian Mining”a əhəmiyyətli dərəcədə fayda verəcək, çünki şirkət indi PSA çərçivəsində kəşfiyyat, işlənmə və mədən layihələrində "AzerGold” ilə işləyəcək. Biz ETSN ilə möhkəm əlaqələr saxlamaqla, "AzerGold”un dəstəyi ilə portfelimizi daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - "Anglo Asian Mining”in baş direktoru Reza Vəziri bildirib.

"Anglo Asian Mining” "Gədəbəy” və "Qoşa” müqavilə sahələrindən qiymətli metal hasilatı ilə məşğul olur. 
 
"Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.
 
Şirkət 2013-cü ilin sentyabrında "Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il "Vejnəli” və "Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır. 

1997-ci iin avqustunda imzalanan "Production Sharing Agreement” (PSA) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM