“AzerGold” QSC-nin gəlirləri azalıb

13:52 | 08.08.2024
“AzerGold” QSC-nin gəlirləri azalıb

“AzerGold” QSC-nin gəlirləri azalıb

"AzerGold” QSC-nin 2024-cü ilin birinci yarısında gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 29,3% azalaraq 52,1 milyon dollar təşkil edib. Bu barədə AzeriGold məlumat yayıb. 
 
Şirkətin xalis mənfəət  bu ilin ilk 6 ayında  1,05 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-iyununu şirkət  təxminən 1,2 milyon dollar zərərlə yekunlaşdırıb. 
 
Şirkətin aktivləri də azalıb. Belə ki, 2024-cü ilin ilk 6 ayında şirkətin aktivləri  459 milyon dollar olub ki, bu da ötən ilin  eyni dövründən 16,2% azdır. 
 
Şirkətin öhdəlikləri 2,1% azalaraq  140,8 milyon dollar olub. 
 
AzəriGold  rfpitalı bu ilin 6 ayında 318,2 milyon dollar  təşkil edib. Bu 2023-cü ilin ilk 6 ayından 23,8% azdır. 
 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM