"Azəripək" MMC-nin ixrac gəlirləri azalıb

2023-cü ilin yanvar-avqustunda "Azəripək" MMC 1,1 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon dollar 15,4% azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
Bildirilir ki, "Azəripək" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 9-cu yerdə durur.
2022-ci ilin ilk 8 ayı ərzində "Azəripək" MMC 1,3 milyon dollar dəyərində məhsul ixrac edib.
"Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.
Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.
Aytac Zeynalova
www.anews.az