“Azəristiliktəchizat”ın gəlirləri azalıb

23:01 | 07.06.2023
“Azəristiliktəchizat”ın gəlirləri azalıb

“Azəristiliktəchizat”ın gəlirləri azalıb

2022-ci ildə "Azəristiliktəchizat” QSC istilik enerjisinin satışından 13 milyon 252,5 min manat gəlir əldə edib ki, bu da 2021-ci illə müqayisədə 0,5% azdır. Bu barədə Azərbaycan Statistika Komitəsi məlumat verib. 

Ötən il şirkətin ümumi gəlirlərində əhaliyə istilik enerjisinin satışından əldə olunan gəlir 5 milyon 42,3 min manat (azalma 11,6%) təşkil edib.

Statistikaya əsasən, hesabat dövründə şirkətin əməliyyat xərcləri 69 milyon 125,1 min manat (azalma 0,9%) olub. O cümlədən əmək haqqı xərcləri 18 milyon 931,1 min manat (artım 20,1 faiz) təşkil edib.

2022-ci ildə istehlakçılara 1 milyon 727,4 min Qkal (azalma 4%), o cümlədən əhaliyə 1 milyon 169,8 min Qkal (azalma 6,3%), məişət ehtiyacları üçün 557,6 min Qkal (artım 1,2%) istilik satılıb.

Ötən il istilik enerjisi itkiləri 215,3 min Qkal (artım 9,5%) təşkil edib.

2022-ci ilin sonuna "Azəristiliktəchizat” ASC-nin balansında fəaliyyət göstərən qazanxanaların sayı 1202 olub (2021-ci ilin sonuna olan göstəricidən 0,4% çoxdur). Qazanxanaların ümumi gücü 2729,1 Qkal/saat təşkil edir. Eyni zamanda, təbii qazla işləyən qazanxanaların sayı 1142, maye qazla işləyən qazanxanaların sayı 60-dır.

"Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM