Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 50 ölkəyə 18,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı”nın yanvar buraxılışında bildirilir.
Sənədə əsasən, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 2 ölkə çox və 1,3 milyon ABŞ dolları (6,6 %) azdır.
2024-cü ildə "Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,8 milyon ABŞ dolları ilə Lüksemburq, 855,5 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 683,8 min ABŞ dolları ilə Pakistan, 654,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !